Cüdoçumuz mundialın bürünc medalını qazandı - YENİLƏNDİ

İdman

28.08.2025 18:00

Bolqarıstanda yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 çəki dərəcəsində 5 cüdoçusu mübarizəyə qoşulub.

Onlardan yalnız Zeyd Ələsgərov (60 kq) millimizin aktivinə bürünc medal əlavə edib.

Zeyd Ələsgərov ardıcıl olaraq, Aleksandros Polixronidis (Yunanıstan) və Likas Yamamotonu (Braziliya) məğlub edib. O, 1/4 finalda Yernur Batirqali (Qazaxıstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından Zeyd təsəlliverici görüşə qatılıb. Botond Kunyik (Macarıstan) üzərində qələbə qazanan cüdoçumuz 3-cü yer uğrunda Toai Haşima ilə üz-üzə gəlib. Ələsgərov yaponiyalı rəqibinə qalib gələrək bürünc medala yiyələnib.

Qeyd edək ki, mundialın ilk günündə cüdoçularımızdan Anar Quliyev (50 kq) bürünc medal qazanıb.

Namiq HUN

***

16:28

Bolqarıstanda yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 3 çəki dərəcəsində 5 cüdoçusu mübarizəyə qoşulub.

Onlardan yalnız milli üzvü Zeyd Ələsgərov (60 kq) bürünc medal uğrunda güləşəcək. O, ardıcıl olaraq, Aleksandros Polixronidis (Yunanıstan) və Likas Yamamotonu (Braziliya) məğlub edib. 1/4 finalda Yernur Batirqali (Qazaxıstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından Zeyd təsəlliverici görüşə qatılıb. Botond Kunyik (Macarıstan) üzərində qələbə qazanan cüdoçumuz 3-cü yer uğrunda Toai Haşima ilə mübarizə aparacaq.

Qeyd edək ki, mundialın ilk günündə cüdoçularımızdan Anar Quliyev (50 kq) bürünc medal qazanıb.

Namiq HUN

tag: Zeyd Ələsgərov,Güləş,Bürünc,Medal,Todaypress.tv,