“Çelsi” aparıcı futbolçusunu itirdi
İdman
17.10.2025 15:04
“Çelsi” klubunun futbolçusu Koul Palmerin UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
“Zadəganlar”ın baş məşqçisi Entso Mareska yarımmüdafiəçinin altı həftədən sonra yaşıl meydanlara qayıdacağını təsdiqləyib. Başqa sözlə, ingiltərəli futbolçu zədə səbəbindən qarşıdakı 9 matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Koul Palmer UEFA Çempionlar Liqasında “Ayaks”, “Qarabağ” və “Barselona” ilə oyunlarda “Çelsi”yə kömək edə bilməyəcək. 23 yaşlı futbolçu cari mövsüm “mavilər”in formasında cəmi 4 matça çıxıb və 2 qol vurub.
Qeyd edək ki, Çempionlar Liqasında Liqa mərhələsinin “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Bakıda keçiriləcək.
Namiq HUN
tag: Koul Palmer,Çelsi,Zədə,Klub,Todaypress.tv,
