Brunu Laje “Benfika”dan ayrılacaq?
İdman
16.09.2025 12:45
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan “Benfika" klubunun baş məşqçisi postundan ayrıla bilər.
TodayPress TV “Bild” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin prezidenti postuna namizəd Kristovao Karvalyu seçiləcəyi təqdirdə baş məşqçi Brunu Laje istefaya göndəriləcək.
Karvalyu “Benfika”nın “sükanı arxasında” “Liverpul” klubunun keçmiş çalışdırıcısı Yurgen Kloppu görmək istəyir.
“Benfika”nın prezidentliyinə digər namizəd Joau Noronya Lopeşin istəyi isə “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimi Lissabon təmsilçisinə qaytarmaqdır.
Qeyd edək ki, Brunu Laje 2024-cü ilin sentyabrından “Benfika”nı çalışdırır. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Namiq HUN
tag: Qarabağ,Benfika,Məşqçi,Oyun,Todaypress.tv,