Bromell Romada tarix yazdı

İdman

07.06.2025 13:30

Amerika Birləşmiş Ştatları sprinteri Trayvon Bromell İtaliyada keçirilən “Diamond League” yarışlarında kişilər arasında 100 metr məsafəyə qaçışda mövsümün ən yaxşı nəticəsini göstərib. 

TodayPress TV xəbər verir ki, o, Roma “Stadio Olimpico”sunda məsafəni 9.84 saniyəyə qət edərək, qanalı Abdul-Raşid Saminuya məxsus olan əvvəlki rekordu 0.02 saniyə yeniləyib.

İki dünya çempionatının bürünc medalçısı olan Bromell yarışda rəqiblərindən aşkar üstünlük nümayiş etdirib. Onun ardınca 10 saniyə həddini keçən yeganə idmançı Kamerundan olan Emmanuel Eseme olub. O, məsafəni 9.99 saniyəyə qaçıb. 

Qadınlar arasında keçirilən 5 000 metr məsafəyə qaçış da göstərici baxımdan əlamətdar olub. Yarışı 14:03.69 nəticə ilə keniyalı olimpiya çempionu Beatris Çebet qazanıb. Bu, tarixdə ikinci ən yaxşı göstəricidir.

Çebet son 1.5 kilometri tək qaçaraq tempə nəzarət edib. Ona efiopiyalı Gudaf Tsegayın nəticəsini dəyişmək üçün üç saniyə çatmayıb. Tsegay isə turnirdə üçüncü yeri tutub.

Namiq HUN

tag: İtaliya,Qaçış,Kişilər,Bromell,Todaypress.tv,