Alonso “Real”da Vanderley Luşemburqonun rekordunu təkrarladı

İdman

24.09.2025 10:01

Madridin “Real” klubunun baş məşqçisi Xabi Alonso La Liqanın VI  turunda “Levante” üzərində (4:1) qazanılan qələbə ilə klub tarixində nadir nəticəyə imza atıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Opta Sport statistik portalı məlumat yayıb.

Bildirilir ki, Alonso “Real”ın tarixində debüt mövsümündə La Liqadakı ilk altı oyununu qazanan ikinci baş məşqçidir. Buna qədər belə nəticəni yalnız 2005-ci ildə Vanderley Luşemburqo əldə etmişdi.

“Real” klubu tarixi boyunca cəmi altı dəfə La Liqanı altı qələbə ilə başlayıb - 1958/1959, 1961/1962, 1968/1969, 1987/1988, 2022/2023 və 2025/2026 mövsümlərində.

Qeyd edək ki, XXI əsrdə oxşar seriyaya “Barselona”nın üç baş məşqçisi də imza atıb: Tito Vilanova (2012), Xerardo Martino (2013) və Hans-Diter Flik (2024).

Namiq HUN

TodayPress TV

tag: Real Madrid,Xabi Alonso,Klub,Rekord,Todaypress.tv,