"Göztepe" sağ cinahını gücləndirir
İdman
30.07.2025 11:48
Yeni mövsümə iddialı başlamaq istəyən “Göztepe” heyətini gücləndirmək məqsədilə indiyədək Arda Okan Kurtulan, Allan Godoi, Rhaldney, Junior Olaitan, Amin Cherni, Janderson və İbrahim Sabranı heyətinə qatıb.
TodayPress TV xəbər verir ki, İzmir təmsilçisi, daha bir keçid üçün hərəkətə keçib.
Belə ki, sağ cinah müdafiəçisi Ogün Bayrağın zədələnməsindən sonra baş məşqçi Stanimir Stoilovun istəyi ilə həmin mövqeyə əlavə güc gətirmək qərara alınıb. Bu çərçivədə klub, Braziliyanın B seriyası komandalarından “Atletico Goianiense”də çıxış edən 30 yaşlı müdafiəçi Ruan Teixeira ilə hərtərəfli razılıq əldə edib.
Transferin rəsmiləşməsi üçün tərəflər arasında son detallar müzakirə olunur və yaxın günlərdə müqaviləyə imza atılacağı gözlənilir.
Qeyd edək ki, Ruan Teixeira 2024–2025 mövsümündə “Atletico Goianiense”in heyətində 16 oyunda meydana çıxıb və ümumilikdə 887 dəqiqə meydanda olub.
Töhfə Səməd
tag: Göztepe,Atletico Goianiense,Ruan Teixeira,Braziliya,Todaypress.tv,