"Real"ın hücumçusu yenidən zədələndi
İdman
22.07.2025 12:18
Madrid "Real"ının braziliyalı hücumçusu Endrik yenidən zədələnib.
TodayPress TV İspaniyanın "Sport.es" onlayn nəşrinə istinadən xəbər verir ki, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.
Mənbənin məlumatına görə, "Real"da Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir.
Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun "Sevilya" ilə (2:0) matçında almışdı. Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi.
"Real"ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb. Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda "Osasuna" ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən "Real"da çıxış edir. O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
tag: Real Madrid,Endrik,Zədə,Hücumçu,Todaypress.tv,
İtaliya futbolunda böhran: Kapello danışdı!
01.04.2026
Sabiq baş məşqçi Fabio Kapello İtaliya millisinin dünya çempionatına vəsiqə qazana bilməməsinə münasibət bildirib.TodayP...
Ulduzları idarə etməkdə ustad: Klopp “Real”ın hədəfində.
17.01.2026
Madrid “Real”ının prezidenti Florentino Peres Yurgen Kloppu komandanın baş məşqçisi postuna ən prioritet namizəd hesab e...
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə start verildi
26.09.2025
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünə start verilib.TodayPress TV-nin məlumatına görə, günün yeganə matçınd...
III MDB Oyunlarında 246 medal dəsti sahibini tapacaq
12.06.2025
III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.TodayPress TV Bakı Şəhər Halqasına is...
“Qarabağ” dünya reytinqində gerilədi
11.06.2025
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların iyun ayı üçün dünya reytinqini açıqlayıb.Today...
Premyer Liqada gərginlik: “Qarabağ” qalib gələ bilmədi
11.04.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunda “Qarabağ” növbəti xal itkisi ilə üzləşib.TodayPress TV xəbə...
Yeni dövr, yeni çağırışlar: Lekler 2026 reqlamenti haqqında
23.01.2026
“Ferrari” komandasının pilotu Şarl Lekler yeni SF-26 bolidinin təqdimatı və “Formula-1”də yeni texniki reqlamentlə işə b...
Böyük final öncəsi Simeonedən iddialı açıqlama
18.04.2026
“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun finalı öncəsi fikirlərini bölüşüb.TodayPress TV...
“Prezident Kuboku 2026” reqatasının proqramı açıqlandı
16.04.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku...
Dünya Kubokunda insident: rus idmançı cəzalandırıldı
16.04.2026
Rusiyalı gimnast Ukrayna bayrağına dönmədiyi üçün xəbərdarlıq alıb.TodayPress TV xəbər verir ki, rusiyalı gimnast Sofiya...
