5 taekvondoçumuz qızıl medallar uğrunda döyüşəcək
İdman
29.09.2025 16:55
Azərbaycanın taekvondo üzrə yığma komandasının 5 üzvü III MDB Oyunlarında finala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, kişi taekvondoçuların turnirində Ümid Rəhimzadə (54 kq), Ziya Həsənli (63 kq), Elcan Əliyev (74 kq), qadınlarda isə Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) Oyunların qızıl medalları uğrunda mübarizə aparacaqlar.
Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda millimizin altı üzvü isə turnirin bürünc medalına sahib olub.
Kişilər taekvondoçular arasında Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov, Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) yarışı bürünc mükafatla başa vurublar.
Namiq HUN
tag: Azərbaycan,Taekvondo,MDB,Final,Todaypress.tv,
