40 yaşlı Kasorla yeni müqaviləsini imzaladı
İdman
13.07.2025 10:00
40 yaşlı yarımmüdafiəçi Santi Kasorla daha bir mövsüm yaşıl meydanlarda çıxış edəcək.
TodayPress TV xəbər verir ki, təcrübəli futbolçu doğma komandası “Ovyedo” ilə 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.
“Ovyedo”nun yetirməsi olan Kasorla 2023-cü ildə bu kluba qayıdıb və qısa müddətdə komandanın əsas simalarından birinə çevrilib. Onun liderliyi “Ovyedo”nun uzun fasilədən sonra İspaniya La Liqasına yüksəlməsində mühüm rol oynayıb. Komanda pley-offun final mərhələsində “Mirandes” üzərində penaltilər seriyası ilə üstünlük qazanıb – 0:1, 3:1.
Xatırladaq ki, Santi Kasorla indiyədək “Vilyarreal”, “Malaqa” və “Arsenal” kimi klublarda çıxış edib. O, həmçinin İspaniya millisinin heyətində AVRO-2008 və DÇ-2012 turnirlərinin qalibi olub.
tag: Santi Kasorla,İdman,Futbol,Vilyarreal,Todaypress.tv,