III MDB Oyunlarında 12 ölkə idmançıları iştirak edəcək

İdman

16.09.2025 12:09

Azərbaycanda təşkil olunacaq III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb. 

Yarışa 12 ölkədən 1619 idmançı və 2313 nümayəndə qatılacaq.

Daha əvvəl 10 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Pakistan və Oman da əlavə olunub.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edəcək. 

Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,