Müdafiə nazirinin Türkiyəyə səfəri davam edir

Müdafiə nazirinin Türkiyəyə səfəri davam edir
23.07.2025 11:14 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir. 

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüş keçirilib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.

FOTOLAR

Müdafiə nazirinin Türkiyəyə səfəri davam edir — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər