MN: Ordumuzun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb

MN: Ordumuzun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb
04.08.2025 18:39 Hərbi

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

TodayPress TV xəbər verir ki, bu barədə "APA"nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər