ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirildi

ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirildi
06.03.2026 14:26 Hərbi

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib. 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyinən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı  istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

TodayPress TV

FOTOLAR

ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirildi — 1
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirildi — 2
ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirildi — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər