Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi

Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi
02.07.2025 12:49 Hərbi

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin "Hərbi Feldşer İşi" ixtisası üzrə məzunlarının buraxılış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Kollecinin klubunda təşkil edilən tədbirdə MMU-nun rəhbərliyi, zabit, müəllim, kursant heyəti və  digər qonaqlar iştirak ediblər. 

Bakı Hərbi Kollecinin Döyüş bayrağı səhnəyə gətirildikdən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan hərbi kolleclərin ordumuzda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların bariz nümunəsi olduğunu qeyd edib. Rektor tədris prosesində göstərdikləri dəstəyə görə qardaş Türkiyə Respublikasının hərbi qulluqçularına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən kurs birincisi təhsil müddətində yaradılan şəraitə görə MMU rəhbərliyinə və müəllim heyətinə məzunlar adından minnətdarlığını ifadə edib, buraxılış rəmzi olan emblemi yaş kötüyünə vurub.

Məzunlara və pedaqoji fəaliyyətində yüksək nəticələr əldə etmiş müəllim heyətinə diplomlar, sertifikatlar, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda Bakı Hərbi Kollecinin Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib, birgə xatirə şəkli çəkdirilib.

FOTOLAR

Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi — 1
Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi — 2
Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi — 3
Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi — 4
Bakı Hərbi Kollecində buraxılış mərasimi keçirildi — 5
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər