Azərbaycan müdafiə naziri Vyetnamda rəsmi səfərdədir

Azərbaycan müdafiə naziri Vyetnamda rəsmi səfərdədir
02.09.2025 14:07 Hərbi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir. 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib.

Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.

Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.

Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri planlaşdırılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər