Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapıldı

Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapıldı
22.09.2026 10:28 Hadisə

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər