Şəkidə 4 nəfəri çaqqal dişlədi - VİDEO
Şəki şəhərində 4 nəfər çaqqal hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, "Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib.
71 yaşlı Oktay Əliyev, Töhvə Məmmədova (71), Reyhanə Muxtarova (61) və Sənan Əmirlini (36) küçədə çaqqal dişləyib.
Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi davam etdirilir.
TodayPress TV