Restoran sahibi ilə sakin arasında qalmaqal: "Mənim uşağım..." - VİDEO

Hadisə

20.12.2025 13:30

Elşad Səmədov adlı vətəndaş Bakıda, Şəfayət Mehtiyev 267 ünvanında yerləşən “Le Moon Baku” restoranından şikayətçidir.  

Sözügedən ünvanda 26 mərtəbəli binanın ikinci mərtəbəsində yaşan şikayətçi iddia edirlər ki, gecə vaxtı restorandan gələn musiqi səsi onları təngə gətirib. 

Elşad Səmədov bildirir ki, problemlə bağlı müvafiq qurumlara müraciət olunsa da, heç bir nəticə əldə olunmayıb.  

Məsələ ilə bağlı sözügedən restorana üz tutduq. Restoran sahibi Tural  Qocayev bizə bildirdi ki, şikayət əsassızdır. 

Tural  Qocayevin sözlərinə şikayətçi tərəf özü dəfələrlə obyektə gələrək müştəriləri narahat edib.  

Tərəfləri dinlədikdən sonra məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə və DİN-nə müraciət etdik. 

İcradan bildirildi ki, sözügedən məsələ Yasamal RİH-in səlahiyyətləri xaricindədir: 

"Zəhmət olmasa aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edin".

DİN-dən isə qeyd olundu ki, sözügedən 

restorandakı səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları araşdırma aparıblar: 

"Obyektin fəaliyyətinə cavabdeh olan məsul şəxs barəsində protokol tərtib olunmaqla 150 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Və obyektin qanunla müəyyən edilmiş saatlarda fəaliyyət göstərməsi vacibliyi diqqətə çatdırılıb. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb. 

İctimai yerlərdə sakitliyə və qonşulara hörmətlə yanaşılmalıdır. Restoran, məkan və ya istirahət obyektlərində səs-küy yaratmaq yalnız ətrafdakı insanların rahatlığını pozmur, həm də inzibati məsuliyyət yaradır".

Vüsalə Nəciyeva

tag: Le Moon Baku,Elşad Səmədov,Şikayət,Musiqi,Todaypress.tv,