Qaxda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Qaxda avtomobilin vurduğu piyada xəstəxanada öldü
18.12.2025 21:30 Hadisə

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə bu gün saat 14 radələrində Qax rayonu ərazisində qeydə alınıb. Rayon sakini H.Bayramova idarə etdiyi "Nissan" markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər