Qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı

Qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü saxlanıldı
24.06.2025 17:51 Hadisə

Bakıda qadın sərnişinlərə qarşı qeyri-etik hərəkət edən daha bir taksi sürücüsü saxlanılıb.

TodayPress TV xəbər verir ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olub.

Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri keçirilir. Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı “Chevrolet” markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur.

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər