Masazırda qızı zorla qaçırdılar

Masazırda qızı zorla qaçırdılar
22.12.2025 20:30 Hadisə

Bu gün saat 17:30-da Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, “Qurtuluş 93” ünvanında naməlum şəxslər “Mercedes” markalı avtomobillə gələrək orada yaşayan gənc qızı zorla qaçırıblar.

Daha sonra ərazidən uzaqlaşıblar. Qız köməyə adam çağırsa da, faydası olmayıb.

Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər