Kürdəmirdə toy məclisində dəhşətli son: Kütləvi şəkildə…

Kürdəmirdə toy məclisində dəhşətli son: Kütləvi şəkildə…
01.10.2026 01:05 Hadisə

Kürdəmir rayonunda toy mərasimində baş verən kütləvi zəhərlənmə nəticəsində zərərçəkənlərin sayı 50 nəfəri keçib.

TodayPress TV xəbər verir ki, onlardan 7-nin azyaşlı olduğu bildirilir.

Hadisə ötən gün şəhər ərazisində yerləşən “Günəş” restoranında baş verib. İlkin məlumata görə, mərasim iştirakçılarından 13 nəfər qidadan zəhərlənərək xəstəxanaya müraciət edib.

Zəhərlənən şəxslər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər