Harutyunyan: "Laçın və Kəlbəcərdə erməni milliyyətindən olan şəxslər sonradan məskunlaşdırılıb"

Harutyunyan: "Laçın və Kəlbəcərdə erməni milliyyətindən olan şəxslər sonradan məskunlaşdırılıb"
23.06.2025 20:20 Hadisə

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin məskunlaşdırıldığını təsdiqləyib.

TodayPress TV xəbər ki, o, Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib:

“Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi”.

A.Harutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: “Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər”.

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: “Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə Kəlbəcər rayonunda da eyni vəziyyət olub”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 30-da davam etdiriləcək.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər