Gəncə sakini özünü yandırdı
Gəncədə 32 yaşlı kişi özünü yandırıb.
TodayPress TV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini - 1992-ci il təvəllüdlü S.Bədirov bədəninin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 32 yaşlı kişi borcu olduğuna görə özünü yandırıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.