Cəlilabadda piyadanı avtomobil vurdu

Cəlilabadda piyadanı avtomobil vurdu
22.12.2025 20:50 Hadisə

Cəlilabadda qadını avtomobil vurub.

TodayPress TV xəbər verir ki, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib. 

İlkin məlumata görə, yolu keçmək istəyən qadını yoldan keçən “Ford Transit” markalı avtomobil vurub.

Qəza nəticəsində piyada ağır xəsarətlər alıb və dərhal xəstəxanaya çatdırılıb. 

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər