Cəlilabadda 2 avtomobil toqquşdu, xəsarət alanlar var

Cəlilabadda 2 avtomobil toqquşdu, xəsarət alanlar var
23.12.2025 13:35 Hadisə

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb. “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

"VAZ 2107"də olanlar xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Chevrolet Niva” markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir.

Fakt araşdırılır.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər