Baş Prokurorluq: 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlandı

Baş Prokurorluq: 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlandı
15.09.2026 17:19 Hadisə

19 yaşlı qızın partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər