Bakıda maşın kanalizasiyaya düşdü - VİDEO
Bakının Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə zamanı minik avtomobili dənizkənarı yolda yerləşən kanalizasiya kollektoruna düşüb. Qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
İlkin məlumata əsasən, hadisə gecə saatlarında baş verib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.