Bakıda karqo şirkətinin zirzəmisində yanğın
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, 6 ünvanında yanğın olub.
TodayPress TV ”Report"a istinadən xəbər verir ki, yanğın "Starex" karqo şirkətinə məxsus zirzəmidə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın geniş əraziyə yayılmadan söndürülüb.