Azərbaycanda hakim avtoqəzada öldü

Azərbaycanda hakim avtoqəzada öldü
22.12.2025 21:30 Hadisə

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

TodayPress TV xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın "Nissan" markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər