Ata və iki övladı faciləli şəkildə öldü
Ağdamda ata və iki övladı su anbarında batıb.
TodayPress TV "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə su anbarında çimərkən boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ağdam
Suda boğulma hadisəsi
Xaçındərbənd
Ata
Övlad
Şərif Cəmşəddin oğlu İsgəndərov
Fövqəladə Hallar Nazirliyi
Xatın su anbarı
Todaypress.tv