Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı
19.12.2025 11:41 Hadisə

Dekabrın 9-da Astara rayonu Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

TodayPress TV xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

İtkin düşmüş digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər