MİQ nəticələri bəlli oldu: 1500-ə yaxın namizəd seçildi

MİQ nəticələri bəlli oldu: 1500-ə yaxın namizəd seçildi
04.09.2026 21:28 Elm və Təhsil

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsində 1467 namizəd uğur qazanıb.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd olunub ki, avqustun 28-dən 31-dək keçirilən vakansiya seçimində 1467 namizəd uğur qazanıb. Onlar müddətli əmək müqaviləsi ilə müəllim kimi fəaliyyət göstərmək imkanı əldə ediblər.

Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Bildirilib ki, yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiqlənmiş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaq tövsiyə olunub.

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər