Zukerberq “Meta”nı məhkəməyə verir
Dünya
05.09.2025 18:45
ABŞ-də hüquqşünas kimi çalışan Mark Zukerberq, milyarder Mark Zukerberqin şirkəti “Meta”ya qarşı iddia qaldırıb.
TodayPress TV xəbər verir ki, o, “Facebook”dakı biznes hesabının mütəmadi bloklanmasına görə məhkəməyə müraciət edib.
Səbəb isə sosial şəbəkənin moderasiya sisteminin səhvən həmin səhifəni “Meta” rəhbərinin saxta profili” kimi tanıması olub.
İddiada qeyd olunur ki, vəkil Zukerberqin 34 illik təcrübəsi var. O, fəaliyyətinə “Meta” rəhbəri hələ 3 yaşında olanda başlayıb. İstifadə etdiyi “Facebook” səhifəsi isə son 8 ildə 5 dəfə bloklanıb. Halbuki səhifədə milyarderin heç bir fotosu yer almayıb.
Vəkil bildirir ki, bloklanmalar zamanı reklam alətlərindən istifadə edə bilmədiyi üçün 11 min dollardan çox zərərə düşüb. Bloqunun tanıdılması üçün xərclədiyi vəsait də geri qaytarılmayıb. Onun sözlərinə görə, 2017-ci ildən texniki dəstəyə etdiyi müraciətlər də nəticəsiz qalıb.
Həmçinin o, “Meta” rəhbəri ilə eyni ada sahib olması səbəbindən gündəlik həyatda da çətinliklər yaşadığını vurğulayıb.
Aysel Mətləb
tag: Zukerberq,Meta,Məhkəmə,Facebook,Todaypress.tv,