Paşinyan Türkiyədə səfərdədir - YENİLƏNDİ
Dünya
20.06.2025 12:42
Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Türkiyəyə gedib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanı İstanbul beynəlxalq hava limanında Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Səfər çərçivəsində Paşinyanın yerli erməni icmasının nümayəndələri ilə görüşü və günün ikinci yarısında Türkiyə rəhbərliyi ilə danışıqları nəzərdə tutulur.
Qiymət Mahir
***
11:55
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə ilk işgüzar səfərinə gedib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilir ki, onun rəhbərlik etdiyi nümayəndə heyətində 13 nəfər var.
Onlar arasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, nazir müavini Vahan Kostanyan və parlamentin vitse-spikeri Ruben Rubinyan var.
Məlumata görə, iyunun 20-də İstanbulda Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Ermənistan KİV-ləri bildirir ki, bu görüşdə iki ölkə liderləri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin şərtlərini müzakirə etməyi planlaşdırır.
Türkan İsgəndərli
tag: Ermənistan,Türkiyə,Azərbaycan,Paşinyan,Todaypress.tv,