Kreml şərt qoydu: Danışıqlar o halda baş tuta bilər ki...
Dünya
30.05.2025 15:19
Rusiya prezidenti Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və Ağ Ev rəhbəri Donald Tramp arasında Ukrayna nizamlanması üzrə birbaşa danışıqlar yalnız Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlarda nəticə əldə edildikdən sonra baş tuta bilər.
TodayPress TV xəvər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Putin dəfələrlə açıqlayıb ki, o, prinsipial olaraq ən yüksək səviyyədə təmasların tərəfdarıdır, təbii ki, onlara tələbat var, lakin buna hazır olmaq lazımdır və ilk növbədə iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Əgər belə bir nəticə əldə olunarsa, o zaman, əlbəttə ki, ən yüksək səviyyədə təmaslardan danışmaq olar", - Kreml bildirib.
O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə belə münasibət bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ümid etdiyini bildirib ki, Rusiya və Ukrayna iyunun 2-də danışıqların texniki mərhələsini başa çatdıra biləcəklər, bundan sonra Türkiyə, ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşü keçirilə bilər.
Töhfə Səməd
tag: Rusiya , Vladimir Putin,Ukrayna ,Volodimir Zelenski ,Donald Tramp ,Hakan Fidan,todaypress.tv,