Zelenski: "Nizamlanma ilə bağlı sənədlər mübadiləsi aparılıb"
Rusiya və Ukrayna İstanbulda keçirilən danışıqlarda nizamlanmaya dair sənədlər mübadiləsi aparıblar və məhbusların azad edilməsinə hazırlaşırlar.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski NATO-nun Vilnüsdəki tədbirindən sonra keçirilən mətbuat konfransında bildirib.
"Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar. Biz isə məhbusların yeni buraxılışını hazırlayırıq", - o deyib.
Töhfə Səməd