Ukrayna tarixdə ilk dəfə korrupsionerlərin ölkədən çıxardığı pulları geri qaytardı
Ukrayna tarixdə ilk dəfə olaraq korrupsiya nəticəsində oğurlanmış pulları xaricdən geri qaytara bilib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) məlumat yayıb.
Məlumata görə, "Ukrayna Poliqrafkombinat" dövlət müəssisəsində sui-istifadə halları ilə məşğul olan Fransa şirkətindən ölkənin dövlət büdcəsinə 3,377 milyon avro daxil olacaq.
"Bu, antikorrupsiya qurumlarının tarixində xarici qurum tərəfindən ödənilən ilk təzminatdır. Şirkətlə müqavilə Fransanın Milli Maliyyə Prokurorluğu tərəfindən iyulun 8-də bağlanıb və sentyabrın 3-də Paris məhkəməsi tərəfindən təsdiqlənib", - məlumatda bildirilib.