Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!”

Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!”
27.07.2026 18:32 Dünya

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İranın Xəzər dənizində İran gəmisinə hücumla bağlı Kiyevə yönəltdiyi ittihamlara sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, Sibiqa İranın Rusiyanın Ukraynaya qarşı təcavüzünün şəriki olduğunu bildirib və bu səbəbdən özünü qurban kimi təqdim etməyə haqqı olmadığını vurğulayıb.

“Rusiya təcavüzünün şəriki olan Tehran özünü qurban adlandıra bilməz. İranın BMT Nizamnaməsinə istinad edərək hədələrini əsaslandırmağa çalışması tamamilə absurddur”, - deyə Ukrayna XİN başçısı bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər