Türkiyənin Bursa vilayətində meşə yanğınları genişləndi

Türkiyənin Bursa vilayətində meşə yanğınları genişləndi
27.07.2025 08:45 Dünya

Türkiyənin Bursa vilayətinin Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən böyüyür.

TodayPress TV  yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb.

Yanğının yaşayış sahələrinə yaxınlaşdığı, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Bursa Böyükşəhər Bələdiyyəsi sakinlərə yanğın təhlükəsi xəbərdarlığı edib.

Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumata görə, Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Yanğının söndürülməsinə meşə təsərrüfatı işçiləri və sakinlər də dəstək verir.

Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil.

Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Ölkənin Karabük, Uşak və Kahramanmaraş vilayətlərində də meşə yanğınları tüğyan edir.

Karabükdə 20-yə yaxın kənd və 50 məhəllə boşaldılıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər