Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
03.01.2026 09:44 Dünya

Türkiyənin Bingöl vilayətində zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Məlumata görə, 3,5 maqnitudalı zəlzələ yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Yeraltı təkanın episentri Bingölün Yedisu rayonu olub.

Zəlzələnin yerin 6,9 km dərinliyində baş verdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər yoxdur.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər