Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək

Türkiyədə qəzaya uğrayan təyyarənin qara qutusu Britaniyada təhlil ediləcək
03.01.2026 10:41 Dünya

General Məhəmməd əl-Həddadı daşıyan təyyarənin qara qutusunun Britaniyada təhlil edilməsi barədə razılıq əldə edilib.

TodayPress TV xəbər verir ki, bunu Liviyanın nəqliyyat naziri Məhəmməd əl-Şaubi deyib.

Nazir bildirib ki, əvvəllər qara qutunun Almaniyada Fransanın iştirakı ilə müayinəsi təklif edilib. Lakin, Çikaqo konvensiyasına görə qara qutu neytral dövlətdə təhlil edilməlidir.

Qeyd edək ki, ötən ay Ankarada baş verən təyyarə qəzasında Liviyanın baş qərargah rəisi general Məhəmməd əl-Həddad da daxil olmaqla 10 nəfər həyatını itirib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər