Türkiyədə meşə yanğınları davam edir: 2 minə yaxın insan təxliyə edildi

Türkiyədə meşə yanğınları davam edir: 2 minə yaxın insan təxliyə edildi
27.07.2025 12:30 Dünya

Türkiyənin Bursa vilayətində meşə yanğını səbəbindən təxliyə edilən sakinlərin sayı təxminən 2 minə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Güclü külək səbəbindən yanğın sürətlə böyüyüb.

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu keçirdiyi brifinqdə bildirib ki, yanğının söndürülməsinə 1,8 minə yaxın yanğınsöndürən və 500-ə yaxın texnika cəlb olunub.

Yanğınlar zamanı xəsarət alan olmayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər