Belqorod PUA hücumuna məruz qaldı - VİDEO
Rusiyanın Belqorod şəhəri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" OSINT kanallarına istinadən məlumat yayıb.
Məlumata görə, zərbələrin hədəfləri arasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin binaları olub. Hadisə nəticəsində yanğın baş verib, ərazidə təkrar partlayışlar qeydə alınıb.
Hücumdan sonra şəhərin mərkəzi və Xarkov dağı yaşayış massivində elektrik enerjisinin verilişi dayandırılıb.