Trampın Asiya siyasəti tənqid olundu
ABŞ Prezidenti Donald Trampın Asiya istiqamətindəki fəaliyyəti sərt tənqid olunub. Onu sabiq prezident Barak Obamanın keçmiş administrasiya rəsmisi Brett Bryuen ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə Bryuen "NBC News"a müsahibə verib:
“Biz son onillik ərzində Çinlə bağlı düşmənçilik addımlarını məhdudlaşdırmaq üçün Asiya-Sakit okean regionunda tərəfdaşlıq qurmağa çalışdıq. Tramp isə sadəcə gəldi və bütün bu işi dağıtdı”.
Onun sözlərinə görə, Trampın yanaşması ABŞ-nin bölgədəki mövqelərini zəiflədib və Çinin əlini gücləndirib.
Qiymət Mahir