Trampdan İrana son şans: “Danışıqlar alınmasa, hücum başlayacaq”
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlara vasitəçilərin xahişi əsasında şans verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp hazırda Tehranla ciddi danışıqların getdiyini bildirib.
Onun sözlərinə görə, danışıqlar nəticə verməyəcəyi təqdirdə ABŞ genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlayacaq.
Tramp eyni zamanda vurğulayıb ki, danışıqlar prosesinin uzanmasına imkan verməyəcək və bu istiqamətdə uzun müddət gözləmək niyyətində deyil.
Kübra Musayeva