Tramp Netanyahuya qəzəbləndi: “Heç kəs mənə qarışa bilməz!”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının satışına qarşı çıxması ilə bağlı suala cavab verib.
TodayPress TV xəbər verir ki, Tramp bu məsələdə qərarı heç kimin onun əvəzinə verə bilməyəcəyini bildirib.
“Heç kim mənə nəyi satmalı, nəyi satmamalı olduğumuzu deyə bilməz. Türkiyə həmişə bizim etibarlı müttəfiqimiz olub”, - deyə ABŞ prezidenti vurğulayıb.
Kübra Musayeva