Tramp İranın pulundan necə istifadə edəcəyini AÇIQLADI: “Pis deyil, eləmi?”
ABŞ Prezidenti Donald Tramp İranın nəzarətdə saxlanılan maliyyə vəsaitlərindən gəmilərə dəyən ziyanın ödənilməsi üçün istifadə ediləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə açıqlamasında deyib:
“Nəzarətimizdə olan İranın pulundan gəmilərə dəyən zərəri ödəmək üçün istifadə edəcəyik. Pis fikir deyil, elə deyilmi?”
Trampın açıqlaması Vaşinqtonun İranın dondurulmuş aktivləri ilə bağlı mövqeyini bir daha gündəmə gətirib.
Kübra Musayeva