Tramp cənnətə getmək üçün ianə toplayır

Tramp cənnətə getmək üçün ianə toplayır
06.09.2025 01:30 Dünya

ABŞ Prezidenti Donald Tramp “Cənnətə düşmək istəyirəm” adlı kampaniyaya başlayır.

TodayPress TV xəbər verir ki, Tramp tərəfdarlarından 15 dollar ianə toplayır.

ABŞ Prezidenti sui-qəsd cəhdindən sağ qaldığı üçün Allahın lütfünə inandığını vurğulayıb.

Həmçinin o, prezidentliyini “vəzifə çağırışı” kimi xarakterizə edir.

Trampın tərəfdarlarına göndərdiyi elektron məktublarda dini ritorika da diqqət çəkib. Tramp yazıb: "Keçən il o güllə dərimi deşərkən ölümün millimetrinə yaxınlaşdım. Ağ Evə qalibiyyətlə qayıtmağım heç vaxt baş verməməli idi. İnanıram ki, Tanrı məni bir səbəbə görə xilas etdi: Amerikanı yenidən böyük etmək üçün!"

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər