Tramp adını daşıyan magistralla bağlı arzusunu açıqladı
ABŞ Prezidenti Donald Tramp Mərakeş kralı VI Məhəmmədə təşəkkür edərək, adının ölkədəki avtomagistrallardan birinə verilməsini böyük şərəf adlandırıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, gələcəkdə həmin magistral boyunca səyahət etməyi səbirsizliklə gözləyir.
“Əlahəzrət Mərakeş kralı VI Məhəmmədə böyük təşəkkürümü bildirirəm. Bu, mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, tezliklə bu möhtəşəm avtomagistral boyunca səyahət etmək imkanım olacaq”, - deyə Tramp qeyd edib.